Abşeronda avtomobil qadın piyadanı vurub öldürüb.
DİN-in mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, yanvarın 7-də saat 19:30 radələrində Abşeron rayonu Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Mercedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub. Nəticə piyada hadisə yerində ölüb. Sezar pizza
Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib, saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
Telegram kanalımız