Abşeronda əməliyyatlar: Narkotik, odlu silah...

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda əməliyyatlar: Narkotik, odlu silah...

Kriminal

12 İyun 2023 16:42 871


Abşeron rayonunda narkotiklərin satışını təşkil edən və üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslərin saxlanılması istiqamətində əməliyyatlar keçirilib.

Yenisabah.az xəbər verir ki, əvvəllər məhkum olunmuş Niyaz Babayev, Məhərrəm Nəhmətov və Məhərrəm Xasanov tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdən ümumən 8 kiloqram, o cümlədən 6 kiloqram narkotik vasitə heroin və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxslərin narkotikləri İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. 

Aprel-may aylarında Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərlə bağlı 124 fakt aşkar edilib. Həmin faktlar üzrə 12 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.  Pepperoni pizza

BUndan başqa, Xırdalan şəhəri və Mehdiabad qəsəbəsində qanunsuz olaraq odlu silah saxlayan əvvəllər məhkum olunmuş Namiq Rəhimov və Habil Əliyev tutulublar. Bu şəxslərdən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 56 ədəd patron və 2 ədəd patron darağı aşkar edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!