Abşeronda virusla bağlı reyd keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda virusla bağlı reyd keçirildi

Sosial

19 Sentyabr 2020 09:54 861


Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq həyata keçirilən maarifləndirmə, təbliğat tədbirləri Mehdiabad, Fatamayi, Novxanı, Məhəmmədi, Digah və Görədil kənd və qəsəbələrində davam etdirilib.

“Yeni Sabah” xəbər verir ki, rayon icra hakimiyyəti başçısı yanında yaradılmış operativ qərargahın üzvlərinin, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilib, sakinlərlə söhbətlər aparılıb. 

Satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb. Kafe və restoranlarda karantin rejiminin tələblərinə riayət olunması üçün sözügedən obyektlərə də baxış keçirilib. Aparılan monitorinqlər zamanı əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradıldığı, qaydalara ümumilikdə düzgün riayət edilməsi müşahidə olunub.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!