“Acından hələ heç kim ölməyib” - Brilliant Dadaşova

saytların hazırlanması

Evə çatdırılma

“Acından hələ heç kim ölməyib” - Brilliant Dadaşova

Şou

07 Avqust 2022 22:35 2619


"Yemək edə bilmirəm, vaxtım yoxdur buna. Evin sonbeşiyi olmuşam, bacılarım gözəl hazırlayıb. Mənim bişirdiyimi bəyənməzdilər. Deyirdilər, sən əl-ayağa dolaşma".

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Həmin Zaur" proqramında deyib.

"Yemək bir şeydir, hər şey deyil. Yeməyə önəm vermək lazım deyil, bütün bəlalar yeməkdən gəlir: təzyiq, şəkər. Acından hələ heç kim ölməyib. Ancaq yeməkdən bütün xəstəliklər gəlir. Evdə axşam masanın üstündə şirnilər görəndə deyirəm ki, özünüzü o dünyaya bir addım yaxınlaşdırırsınız. Saat 6-dan sonra yeməyin, su için", - Xalq artisti qeyd edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!