Ağalıda 300-dən çox şəxs işlə təmin edilib

saytların hazırlanması

Evə çatdırılma

Ağalıda 300-dən çox şəxs işlə təmin edilib

Sosial

20 Oktyabr 2024 10:33 342


Bu gün, 20 oktyabr - Zəngilan Şəhəri Günüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin ən şanlı səhifələrindən biri olaraq, 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri və ətraf kəndləri erməni işğalından azad edilib.

Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 20 oktyabr - Zəngilan Şəhəri Günü kimi qeyd edilir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilanın Ağalı kəndinə köçürülən sakinlərin də məşğulluğunun təminatı istiqamətində ardıcıl işlər aparır.  Dominos pizza

Onlardan artıq 313 sakinin məşğulluğu təmin edilib. Habelə Ağalı sakinlərindən 26 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub, 36 sakin isə peşə hazırlığı kurslarına cəlb edilib. 

2022-ci ilin may ayında Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi də açılıb və  hazırda məntəqədə operator işi ilə təmin edilərək DOST xidməti göstərən şəxs də elə Ağalı kəndinin sakinidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!