Ağdaşda 2 narkokuryer saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda 2 narkokuryer saxlanıldı

Kriminal

18 Yanvar 2023 09:41 643


Ağdaşda xarici ölkə vətəndaşına narkokuryerlik edən şəxs tutulub.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, o, pul müqabilində narkokuryerliyə razılıq verib. Bu, şəhər sakini, əvvəllər də dörd dəfə məhkum olunmuş Müzəffər Qədirovdur. 

Onun üzərinə keçirilən baxış zamanı külli miqdarda, yəni 1 kiloqramdan artıq narkotik vasitə olan heroin, eləcə də 404 qram psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb. Sezar pizza

Digər əməliyyat nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ruslan Əliyev saxlanılıb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!