Ağsuda yaşadıqları evlərdə “Kalaşnikov” avtomatı və narkotik gizlədən şəxslər tutulub.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, silah-sursat əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini İlqar Mirzəyevin evində aşkarlanıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən “Kalaşnikov” avtomatı, həmin silaha məxsus iki ədəd daraq, eləcə də 58 patron aşkar edilərək götürülüb.
İlqar Mirzəyev ifadəsində avtomatı bir müddət əvvəl tapdığını və polis orqanlarına təhvil verməyərək özündə saxladığını bildirib. Toyuqlu pizza
Şöbə əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində keçirilən əməliyyat nəticəsində isə keçmiş məhkum Elçin Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə Elçin Abbasovun Ağsu şəhəri ərazisində yerləşən evinə də baxış keçirilib. Oradan məişət əşyalarının içərisində gizlətdiyi 3 kiloqram 300 qrama yaxın qurudulmuş marixuana və 43 qram tiryək aşkar edilib.
Müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı isə rayon sakinləri-Əli Heybətov və Ələddin Ağayevdən qanunsuz olaraq saxladıqları iki ov tüfəngi, eləcə də patronlar götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.
Telegram kanalımız