Ailə üzvlərini öldürən Əhməd həbs edildi - 4 ay... 

saytların hazırlanması

Evə çatdırılma

Ailə üzvlərini öldürən Əhməd həbs edildi - 4 ay... 

Kriminal

14 Fevral 2024 15:09 2445


Xətai Rayon Məhkəməsi fevralın 13-də atasını, anasını, qardaşını, bacısını və bacısının azyaşlı övladını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov barədə qərar qəbul edib. 

Yenisabah.az xəbər verir ki, Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.  pizza mizza

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!