AK Rusiyanın pulu ilə Ukrayna üçün silah alır

saytların hazırlanması

Evə çatdırılma

AK Rusiyanın pulu ilə Ukrayna üçün silah alır

Dünya

26 İyul 2024 18:20 666


Avropa Komissiyası Rusiya Federasiyasının dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirdən Ukraynaya silah alınması üçün 1,5 milyard avroluq birinci tranşın ayrıldığını elan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X-də yazıb.

O qeyd edib: “Bu gün biz Rusiyanın immobilizasiya olunmuş aktivlərindən Ukraynanın müdafiə və yenidənqurma ehtiyacları üçün 1,5 milyard avro vəsait köçürdük. Ukraynanı və bütün Avropanı daha təhlükəsiz yerə çevirməkdən daha yaxşı simvol və Kremlin pulundan daha yaxşı istifadə ola bilməz”. Toyuqlu pizza

Bundan əvvəl Avropa Komissiyası Rusiyanın aktivlərindən müsadirə olunan bütün gəlirlərin 90%-nin silah alışına sərf ediləcəyini bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!