Almaniya Ukraynanı silahlandırır: 100 yeni PUA 

Almaniya Ukraynanı silahlandırır: 100 yeni PUA 

Dünya Veb saytların hazırlanması

17 Sentyabr 2023 08:36 261


Almaniyanın “Quantum Systems” şirkəti Ukraynaya 100 yeni nəsil taktiki pilotsuz uçuş aparatı (PUA) verəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. 

PUA-ların Ukrayna ordusu tərəfindən artıq sınaqdan keçirildiyi bildirilir.

May ayında “Quantum Systems” şirkəti Ukrayna Silahlı Qüvvələri üçün 300 əlavə “Vektor” orta mənzilli kəşfiyyat PUA-sının sifarişi verildiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!