Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniyanın Kansleri Olaf Şolts Ukraynaya “Patriot” zenit-raket kompleksinin əlavə buraxılış qurğularının və raketlərin verilməsi haqqında razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə Zelenskinin bəyanatında deyilir.
O bildirib ki, bu məsələni NATO-nun Vilnüs sammiti çərçivəsində Şoltsla müzakirə edib. Pepperoni pizza
Zelenski Ukraynaya göstərdiyi dəstəyə görə Almaniyaya təşəkkürünü bildirib.
“Uzunmüddətli dəstək proqramları Avropamızın təhlükəsizlik və sülh məkanı olaraq qalacağına dair ən yaxşı siqnaldır”, - Ukrayna Prezidenti əlavə edib.
Telegram kanalımız