XIX əsrdən başlayarq xəmiri barbarlıqla yoğrulan ermənilər Azərbaycan və qardaş Türkiyə Cümhuriyyətinin ərazisində işğalçılıq niyyətlərini həyata keçirtmək və tarixi torpaqlarımıza göz dikməklə, saxta Ermənistan dövlətini reallaşdırmaq məqsədilə davamlı şəkildə dəhşətli soyqırım cinayətləri törətmişlər.
Yenisabah.az xəbər verir ki, soyqırımla bağlı Ana Vətən Partiyası bəyanat yayıb.
Bəyanatı təqdim edirik: "1918-ci ilin mart qırğınları erməni daşnaklarının xalqımıza qarşı zaman-zaman həyata keçirtdikləri soyqırım siyasətinin ən dəhşətli səhifələrindən biridir. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrimizdə vandal ermənilər tərəfindən minlərlə soydaşımız qətlə yetirilməklə yanaşı həm də, qədim tarixi abidələrimiz məhv edilib. pizza sifarişi
Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar verilmiş, 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə "Quba Soyqırımı Memorial Kompleksi" yaradılıb.
Ermənilər bu vəhşilikləri XX yüzilliyin 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində də davam etdirdilər.
Beynəlxalq güclər tərəfindən hərtərəfli himayə olunan, siyasi və hərbi yardımlar alan Ermənistan Qarabağın azərbaycanlılar yaşayan şəhər, qəsəbə və kəndlərinə hücum edərək minlərlə soydaşımızı qətlə yetirdilər, bir milyona yaxın əhalimiz doğma yurdlarından didərgin salındılar, 1992-ci il fevralın 26-da əsrin ən böyük vəhşiliyi olan Xocalı soyqırımını törətdilər.
Müzəffər Ali Baş Komandan, ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimiz 44 günlük Dəmir Yumruq və 2023 - cü ilin Sentyabrında keçirilən antiterror əməliyyatlarında erməni quldur dəstələrini və seperatçı xunta rejimini məhv edərək, Qələbəmizə nail oldular. Beləliklə, Azərbaycan Ordusu soyqırıma məruz qalmış soydaşlarımızın, ərazi bütövlüyümüz, torpaqlarımızın azadlığı uğrunda Şəhadətə ucalan Şəhidlərimizin qanını yerdə qoymadılar. Xalqımız Zəfər sevincini yaşadı və qalib ölkə kimi adımız bütün dünyaya bəyan olundu".
Telegram kanalımız