Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı

Siyasət

21 Aprel 2026 12:08 1843


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə TƏBİB-ə müşavir təyin edilən Zeynal Bayramlı vəzifəsindən azad edilib.

“Yeni Sabah” Manşet.az-a istinadən xəbər verir ki, TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq əmri ilə müşavirləri Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu tutduqları vəzifələrindən azad olunublar.

Hələ ki onların yerinə təyinat yoxdur. TƏBİB-in icraçı direktorunun digər əmri ilə Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də işdən çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!