Hazırda Azərbaycanla əlaqə qurulur, bəyanat veriləcək - Zaxarova

Hazırda Azərbaycanla əlaqə qurulur, bəyanat veriləcək - Zaxarova

Dünya Veb saytların hazırlanması

19 Sentyabr 2023 15:01 355


"Rusiya Azərbaycan tərəfdən regiondakı son vəziyyətlə bağlı məlumat alır. Hazırda Azərbaycan tərəfi ilə əlaqələr qurulur. İkinci məqam ondan ibarətdir ki, yaxın vaxtlarda əlaqələrin nəticələrinə əsasən XİN vasitəsilə müvafiq bəyanat veriləcək. Azərbaycan tərəfdən məlumat alırıq”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O əlavə edib: "Rusiyaya Qarabağla bağlı dördtərəfli görüşün təşkili ilə bağlı Türkiyədən rəsmi müraciətlər daxil olmayıb. Mətbuatda bununla bağlı materiallar gördük, lakin Türkiyədən rəsmi müraciət almadıq. Beynəlxalq gündəliyin müxtəlif aspektləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyət və 3+3 regional məsləhət platforması çərçivəsində birgə işin parametrləri üzrə Ankara ilə sıx dialoqu davam etdiririk”, - deyə Zaxarova vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!