Aparıcının əsl Azərbaycanlı kişi obrazı - Suala cavab

saytların hazırlanması

Evə çatdırılma

Aparıcının əsl Azərbaycanlı kişi obrazı - Suala cavab

Şou

14 Oktyabr 2022 17:23 1407


Müğənni və aparıcı Mehin Hümbətova instaqramda ona ünvanlanan sualları cavablandırıb.

Yenisabah.az xəbər verir ki, Mehin "Mərd, məqsədyönlü, zəhmətkeş və qayğıkeş. Bir sözlə əsl Azərbaycan kişisi obrazı"nı bəyəndiyini deyib.

Aparıcı qısqanclıqla bağlı ünvanlanan sualı isə sevgi hissi ilə əlaqələndirib: Dördpendirli pizza

"Məncə, bu şüur altında yatan sahiblənmə instinkidir. Sahiblənmə məsuliyyətini dərk edən insan isə sevgi yoluna çıxmış olur. Dolayısıyla məsələ gəlib sevgiyə çıxır".

O, Amerikada yaşayan bacısı, aparıcı Günel Hümbətova ilə fərqləri haqqında da söz açıb:

"Hər insanda olduğu kimi onunla da xarakterlərimiz, düşüncə və yanaşma tərzimiz fərqlidir. Hə, bir də ən böyük fərqimiz odur ki, Günel "Josy" kimi kukla qızın anası, mən isə xalasıyam".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!