Araik Xankəndidən Göyçəyə qaçır, malikanə tikdirir

saytların hazırlanması

Evə çatdırılma

Araik Xankəndidən Göyçəyə qaçır, malikanə tikdirir

Hadisə

10 Avqust 2022 20:25 6308


Qarabağdakı erməni quldur dəstəsinin başçısı Göyçə gölünün sahilində malikanə tikdirir.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mediası məlumat verib. Məlumatda deyilir ki, Göyçə gölünün sahilində Azərbaycanın Qarabağdakı qanunsuz erməni birləşmələrinin tör-töküntülərinin başçısı Arayik Arutyunyan üçün dəbdəbəli malikanə tikilir.

İmarət Göyçə Milli Parkına məxsus inzibati ərazidə inşa olunur. Marqarita pizza

Separatçının mətbuat katibi Lusine Avanesyan məsələ ilə bağlı medianın sorğusuna məhəl qoymayıb.

Görünür, Azərbaycan Qarabağ bölgəsi üzərində konstitusiya nəzarətini tam bərpa etdikdən sonra  Arutyunyan öz firavan gələcəyini təmin etmək üçün Göyçə gölünün sahilinə köçməyi və ömrünü orada keçirməyi planlaşdırır.Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Dilsuz
    Araik cinayətkardı o istirahətini Azərbaycanın həbsxanasında etməlidir.Buna100%--əmin olsun.
    4 years ago