YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Artıq bəstələrimi alan yoxdur“ - Elza

“Artıq bəstələrimi alan yoxdur“ - Elza

Şou

29 Sentyabr 2022 16:29 670


"Yaradıcılığım aşıb daşır. Hər gün yeni bir əsər yaradıram. Heç dayanmıram. Amma maddiyat yoxdur ki, onları üzə çıxardım".

Yenisabah axşam-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Elza Seyidcahan deyib.

Müğənni bildirib ki, artıq onun bəstələrini alan yoxdur:

"Müğənnilər bəstəkar mahnıları oxumurlar. Hamısı "pul gətirən" mahnılara qaçıb. Hətta özləri yazır, aranjiman edir, özləri qazıb, montaj edirlər. Bəstəkara pul vermək onlara sərf etmir. Müasir dövrdür, hamısı kompüteri də bilir. Hazır ritmləri düzüb-qoşurlar, pul qazanırlar".

Müğənni əlavə edib ki, məcburiyyətdən şou-proqramlara gedir:

"Toy üçün çalışmıram. Çalışsam, efirdə pul gətirən, toy tutacağım mahnılar oxuyardım. Mənim kimi bəstəkar məcbur şou-proqrama da, toya da gedir. Toy üçün çalışsaydım, hər gün toyum olardı. Toylarda necə gözəl oxuyuram hamı bilir. Mənə "meydangir" deyirlər. İstəyirəm ki, mən yaradıcılığımı bəstəkarlıqda formalaşdırım. Amma ailəmin ehtiyacı ucbatından toy və şou-proqrama gedirəm. Az da olsa, Allah bərəkət versin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!