Arvadının sevgilisini bıçaqladı, 1 il 6 ay cəza aldı

saytların hazırlanması

Evə çatdırılma

Arvadının sevgilisini bıçaqladı, 1 il 6 ay cəza aldı

Kriminal

15 Fevral 2023 09:36 981


Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilən Əbdül Həsənovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib, 3 il azadlıqdan məhrumetmə cəzası 1 il 6 aya endirilib.  Pepperoni pizza

İttihama görə, Əbdül Həsənov arvadını  tanışı Qəhrəman Qəhrəmanovla (şərti) yaxın münasibət qurmaqla ona xəyanət etməsini öyrənib. Daha sonra o, bir neçə dəfə Qəhrəmanla görüşüb həyat yoldaşından əl çəkməsini, ailəsini dağıtmamasını tələb edib. Buna baxmayaraq, arvadının zərərçəkmişlə 6 noyabr 2021-ci il tarixdə, saat 22 radələrində, telefonla yazışmasını görüb. Daha sonra Həsən mətbəx bıçağını götürüb cibinə qoyaraq arvadı ilə görüşmək üçün gözləyən Qəhrəmana yaxınlaşıb, onun yaxasından tutub “sən mənim ailəmi dağıtmısan, ailəmdən əl çək” deyib. O, bu zaman cibində olan həmin bıçağı çıxarıb sonuncunun qarın və kürək nahiyəsindən 2 dəfə qəsdən vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. 

Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!