YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Avropa Şurası: “Heç vaxt Rusiyanın keçirdiyi “referendum“ları tanımayacağıq”

Avropa Şurası: “Heç vaxt Rusiyanın keçirdiyi “referendum“ları tanımayacağıq”

Dünya

30 Sentyabr 2022 17:49 528


“Avropa Şurası Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi “referendum"ları heç vaxt tanımayacaq”.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa Şurasının (AŞ) bəyanatında deyilir.

"Biz Rusiyanın Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daha da pozmaq üçün bəhanə kimi təşkil etdiyi qeyri-qanuni "referendum"ları, eləcə də onların saxtalaşdırılmış və qanunsuz nəticələrini tanımırıq və heç vaxt tanımayacağıq.

Biz bu qanunsuz ilhaqı heç vaxt tanımayacağıq. Bu qərarlar etibarsızdır və heç bir hüquqi qüvvəyə malik ola bilməz. Krım, Xerson, Zaporojye, Donetsk və Luqansk Ukraynadır. Biz bütün dövlətləri və beynəlxalq təşkilatları bu qeyri-qanuni ilhaqı birmənalı şəkildə rədd etməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur.

AŞ qeyd edir ki, Rusiyanın hərəkətlərinə qarşı olan məhdudlaşdırıcı tədbirləri, eləcə də ona qarşı təzyiqləri artıracaq.

“Avropa İttifaqı Ukraynanı tamamilə dəstəkləyir və nə qədər lazımdırsa Ukraynaya güclü iqtisadi, hərbi, sosial və maliyyə dəstəyi göstərməyə davam edəcək”, - deyə bəyanatda vurğulanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!