Avtoxuliqan saxlanıldı - 15 sutka həbs

saytların hazırlanması

Evə çatdırılma

Avtoxuliqan saxlanıldı - 15 sutka həbs

Kriminal

29 Yanvar 2024 14:10 937


Nərimanov rayonunda saxta dövlət qeydiyyat nişanı ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, “Land-Rover” markalı, “10-KE-815” dövlət qeydiyyat nişanlı maşın yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq hərəkətləri edib.

Sürücü Anar Piriyev saxlanılıb. Dördpendirli pizza

Araşdırma zamanı onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının əslində, “77-AX-540” olduğu, amma yol hərəkəti qaydalarını pozan zaman məsuliyyətdən yayınmaq üçün digət saxta dövlət qeydiyyat nişanından istifadə etdiyi müəyyən edilib. 

Məhkəmənin qərarı ilə A.Piriyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!