Axtarışa verilmiş 4 nəfər Azərbaycana ekstradisiya olundu

saytların hazırlanması

Evə çatdırılma

Axtarışa verilmiş 4 nəfər Azərbaycana ekstradisiya olundu

Kriminal

08 İyun 2023 09:16 776


Beynəlxalq axtarışa verilən 4 nəfər şəxs Ədliyyə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Polşa, Moldova və Ukraynadan ölkəmizə gətirilib.

Yenisabah.az xəbər verir ki, onlar oğurluq, soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı kimi cinayət əməllərinin törədilməsində ittiham edilir.

Dələduzluq və rəsmi sənədləri saxtalaşdırma ilə bağlı cinayət əməlinin törədilməsində təqsirləndirilən başqa bir şəxsin də Belarus Respublikasından ölkəmizə təslim edilməsi təmin olunub. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!