Axtarışda olan 4 şəxs Ağcabədidə yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Axtarışda olan 4 şəxs Ağcabədidə yaxalandı

Kriminal

10 İyun 2023 10:55 630


Ağcabədidə axtarışda olan və oğurluq əməli törədən şəxslər müəyyən edilib.

Yenisabah.az xəbər verir ki, 4 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin şəxslərdən biri - rayon sakini Sadiq Süleymanov dələduzluq əməlində şübhəli bilindiyinə görə barəsində cinayət işi başlanılıb. Araşdırmalarla onun müxtəlif vədlər verərək vətəndaşların 40 min manat məbləğində pulunu mənimsədiyi istintaqa məlum olub. pizza mizza

Bundan əlavə, keçirilən digər bir tədbirlə rayon ərazisindəki şəxsi təsərrüfatdan xırdabuynuzlu heyvanlar oğurlayan Lənkəran rayon sakini Amin Əhmədov da saxlanılıb. O, oğurluğu qazanc əldə etmək məqsədi ilə törətdiyini etiraf edib.

Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!