Aynişan izləyicisindən polisə şikayət etdi

saytların hazırlanması

Evə çatdırılma

Aynişan izləyicisindən polisə şikayət etdi

Şou

17 May 2023 14:41 1057


Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva izləyicisini polisə şikayət edib. 

Yenisabah.az Axşam-a istinadla xəbər verir ki, buna səbəb sosial şəbəkə istifadəçisinin ona təhqir yazması olub.

Aynişan bildirib ki, son günlər instaqram səhifəsində ona çox sayda neqativ mesajlar yazılır: Sezar pizza

"10 gündür səhifəmdə çox sayda neqativ mesaj və şərhlər görürəm. Onlardan birini seçdim və ərizə yazıb polisə şikayət etdim. Şəxsən tanış olmaq, dərdini bilmək istəyirəm. Beş il öncədə belə bir hadisə yaşanmışdı. Polis həmin şəxsi tapıb gətirmişdi. Görüş nəticəsində ağlayaraq fanatımız olduğunu dedi. Hətta hicablı, dindar bir qadın idi. Bu, tanımadığı insana ləkə yaxa bilər. Başa düşürəm, bu aralar biraz daha aktivəm, amma bunun sizi niyə narahat etdiyinin dərinliyinə kimi bilmək istəyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!