Aytən İsmayılzadə vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Aytən İsmayılzadə vəfat etdi - Foto

Hadisə

15 Yanvar 2023 23:10 3217


Azərbaycanda xərçəng xəstəsi Aytən İsmayılzadə vəfat edib.

Yenisabah.az baku.ws-yə istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə mərhum xanımın dostları məlumat paylaşıb. Qeyd edək ki, bir müddət əvvəl Aytən İsmayılzadə sosial şəbəkə hesabında paylaşım edərək müalicəsi üçün kartına yığılan pulun müəyyən məbləğinin oğurlandığını bildirmişdi.

O iddia etmişdi ki, təqsirkar keçmiş həyat yoldaşı Kamran İsmayılzadədir. Qadın kartından 2400 manatın oğurlandığını demişdi. Pepperoni pizza

A.İsmayılzadə daha sonra pulun 2 min manatının geri qaytarıldığını yazıb.

Həmin vaxt məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirmişdi. Qeyd olunub ki, həmin şəxslə bağlı araşdırmalara başlanılıb.Aytən İsmayılzadə vəfat etdi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!