AZAL Bakı-Naxçıvan reysi ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

AZAL Bakı-Naxçıvan reysi ilə bağlı məlumat yaydı

Sosial

30 Dekabr 2024 11:15 366


"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reysləri Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.

Yenisabah.az xəbər verir ki, bu bararədə AZAL məlumat yayıb.

Gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi məlumat verir. pizza hut

Sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!