Azərbaycan Fransa diplomatlarını qovdu: Parisin cavabı nə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Fransa diplomatlarını qovdu: Parisin cavabı nə olacaq?

Siyasət

27 Dekabr 2023 15:02 795


“Fransa ilə Azərbaycan arasında olan münasibətlər məhz rəsmi Parisin pozuculuq niyyəti səbəbindən dalana dirənib. Eyni zamanda Fransa ölkəmizin daxili işlərinə qarışır. Fransanın Azərbaycandakı casus şəbəkəsinin ifşa olunması ilə bağlı xəbərlər yayıldıqdan sonra biz gördük ki, Fransa səfirliyində olan 2 diplomatın “persona-non-grata” elan olunması və 48 saat ərzində ölkəni tərk etməsi ilə bağlı şərt irəli sürüldü”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. 

O, Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşının “persona-non-grata” elan edilməsi faktı ilə yanaşı rəsmi Parisin bununla bağlı ata biləcəyi adekvat addımlara toxunub.  pizza mizza

Xatırladaq ki, ötən gün “persona-non-grata” elan edilən şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

Məlumata görə, Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. 

İ. Hüseynova görə, bu, onu deməyə əsas verir ki, Fransa 1961-ci il Vyana Konvensiyasının tələblərini pozur:

“Həmçinin diplomatlar öz fəaliyyətlərindən kənar işlərlə məşğuldurlar. Bu da Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil etdiyi üçün bu cür addım atılmışdır. Əlbəttə ki, bu addım alqışlanmalıdır. Fransanın buna qarşılıqlı olaraq adekvat addım atacağını gözləmək doğru olmaz. Çünki Azərbaycan diplomatları öz fəaliyyətlərini məhz diplomatik əlaqələr haqqında konvensiyaya uyğun təşkil edirlər. Bu istiqamətdə hər hansı bir simmetrik addım atılarsa, bu, həqiqətə uyğun olmayacaq və kimsə buna inanmayacaq”. 

“Digər tərəfdən, rəsmi Paris ölkəmizə qarşı fəaliyyətini başqa sahədə təşkil edə bilər. Onsuz da bu gün Ermənistanın silahlandırıması, Cənubi Qafqazda sülhün pozulması, İrəvana siyasi dəstək göstərilməsi, müxtəlif səviyyələrdə fransız rəsmilərin Ermənistana açıq şəkildə dəstəyini bildirməsi elə sülhü pozan əsas əlamətlərdir. Fransa həm də artıq açıq oynayır və əlində olan bütün imkanlardan Azərbaycana qarşı istifadə edir. Biz MDB dövlət başçılarının qeyri-rəsmi sammitində də gördük ki, Azərbaycan və Ermənistan arasında tarixi bir şərait yaranıb ki, tərəflər arasında sülh müqaviləsi imzalansın. Lakin Fransa dövləti sülhə qarşı əsas maneə kimi görünməkdədir”, - əlavə edib. 

Onun sözlərinə görə, bununla bağlı Fransa tərəfdən müvafiq addımlar atıla bilər:

“Məhz bunun üçün də Azərbaycan ayıq-sayıq olmalıdır. Azərbaycan dövləti Fransa qismində ölkəmizə qarşı olacaq hansısa təxribatları gözləməlidir və biz buna hazırıq. Mənə elə gəlir ki, istənilən addıma qarşı preventiv tədbirlər görüləcək. Çünki Azərbaycan dövləti milli maraqlar, mənafe və prioritetini hər şeydən üstün tutur. Azərbaycan nəinki regional sülhün və təhlükəsizliyin əsas tərəfdarı və onun qarantıdır, həmçinin də böyük bir coğrafiyada təhlükəsizliyin qorunmasının əsas tərəfdarı kimi çıxış edir. Fikrimcə, bütün region dövlətləri Fransanın bölgəyə radikal müdaxiləsinə qarşı fəaliyyətini təmin etməlidir. Məncə, “3+3” platforması və bu kimi təşəbbüslər müvafiq istiqamətdə çox effektiv ola bilər”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!