“Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir”

Siyasət

25 Aprel 2024 23:44 318


Dövlətimizin uğurlu, dövrün çağırışlarını özündə əks etdirən qətiyyətli siyasəti nəticəsində qazanılan uğurların miqyası olduqca genişdir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər, konfranslar, forumlar, eyni zamanda, Prezident İlham Əliyevin çıxışları  uğurlarımızın  təqdimatında əhəmiyyətli rol oynayır. Aprelin 23-də 30 ölkədən 64 nümayəndənin iştirakı ilə keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Forum regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycanda külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımından yanaşmasını təqdim etməklə qlobal siyasət müzakirələrinə öz töhfəsini verdi. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyevin forumda çıxışı və iştirakçıların çoxsaylı suallarını ətraflı cavablandırması həm ölkəmiz haqqında, həm də regionun gələcəyi, dünya siyasətində yeniliklərlə bağlı  geniş məlumatların əldə edilməsində zəngin mənbədir. Prezident İlham Əliyev belə görüşün ötən ilin dekabr ayının əvvəllərinə təsadüf etdiyini önə çəkərək bu müddət ərzində Azərbaycanda və ətrafda bir çox hadisələrin baş verdiyini, bütün bu hadisələrin  müsbət məcrada cərəyan etdiyini diqqətə çatdırdı.  Pepperoni pizza

YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin forumda diqqəti yaxın günlərdə Almaniyaya səfərinə də yönəltdiyini bildirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  Azərbaycan-Almaniya əlaqələrində daha sıx yaxınlaşma müşahidə olunur.  Cənab İlham Əliyev COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunub. Bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur. Həmçinin Almaniyanın rəhbərliyi ilə görüşlər olacaq. Əməkdaşlıq əlaqələrində iqtisadi amil xüsusi qeyd olunur. 

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev forumda diqqəti hazırkı dövrün əsas çağırışı olan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə Azərbaycanın qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini əks etdirən sülh təklifindən də bəhs edib. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərə diqqət yönəldilib. Ən əsası Azərbaycanın ötən ilin sentyabrında suverenliyini tam bərpa etməsi, bu günlərdə Qazax rayonunun 4 kəndinin geri qaytarılması əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Azərbaycanın COP29-a ev sahibliyinin Ermənistan-Azərbaycan dialoquna və daha geniş əməkdaşlığa hansı töhfəni verə biləcəyinə gəldikdə isə dövlətimizin başçısı qeyd etdi ki, razılaşmaya ola bilsin heç vaxt olmadığı qədər yaxınıq. 

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, forumda Azərbaycanın hər bir uğuruna geniş imkanlar açan iqtisadi inkişafımız, müasir dövrün tələblərinə uyğun olaraq atılan addımlar əsasında ölkəmizin bütün sahələrdə tərəqqisi, yeni əməkdaşlıq formatlarının yaradılması üçün imkanların mövcudluğu,   bərpaolunan enerji potensialımız və bu sahədə təcrübənin bölüşülməsi üçün  birgə səylərin göstərilməsinə edilən çağırışlar və sair kimi məsələlər geniş müzakirə edildi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan artıq 30 ildir  beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir. Xəzər dənizinə xarici şirkətləri dəvət edən ilk ölkə Azərbaycan olub. Gələcəyimiz daha da parlaqdır. Biz qazıntı yanacağından istifadəni dayandırmayacağıq.  Lakin, eyni zamanda, diqqətimizi yaşıl gündəliyə yönəldəcəyik.  O da qeyd edildi ki, ola bilsin COP29-un keçirilmə tarixinə bir az qalmış mübadilə üçün daha çox ideyalarımız olsun və  konfransdakı gündəliyimizə daxil edək.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan həm yerləşdiyi coğrafi məkana, həm də düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində təqdim etdiyi inkişaf modelinə görə daim dünyanın diqqətindədir. Zaman-zaman ölkələr arasında qurulan körpülər yeni-yeni əməkdaşlığa yol açır ki, bu da  uğurlu gələcəyin təmin edilməsində əsas faktordur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!