Azərbaycan Ukraynada daha dörd mülki obyekti bərpa edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ukraynada daha dörd mülki obyekti bərpa edəcək

Siyasət

28 Aprel 2024 19:47 655


“Ukraynanın İrpen şəhərində dağılmış daha dörd mülki obyekt Azərbaycan tərəfindən bərpa ediləcək”.

Bunu “Report”a açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib.

“Bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbaycan humanist missiyasını davam etdirərək İrpendə dağılmış daha dörd obyektin yenidən tikintisini həyata keçirəcək. Biz Azərbaycana müharibədən əziyyət çəkən şəhərimizə davam etdirdiyi humanitar yardımına görə dərin minnətdarıq”, - deyə mer əlavə edib. Sezar pizza

Qeyd edək ki, Azərbaycan buna qədər İrpendə humanitar yardım çərçivəsində akademik Zərifə Əliyeva adına orta ümumtəhsil liseyini və şəhərdə iri xəstəxananı əsaslı təmir edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!