Azərbaycanda 10 gündə 1 milyon ağac əkiləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 10 gündə 1 milyon ağac əkiləcək

Sosial

17 Oktyabr 2024 11:20 406


Azərbaycanın 85 şəhər və rayon icra hakimiyyətlərinin oktyabrın 18-27-də “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında 2401,0 hektar ərazidə 1 milyon 611 min ağac və kol cinsini əkməsi nəzərdə tutulur.

Yenisabah.az xəbər verir ki, 10 gündə Bakıda 619 min, Naxçıvan Muxtar Respublikasında 89 min, digər şəhər və rayonlarda isə 903 min ağac əkiləcək.

Bölgələrdə yerli iqlimə uyğun olması və quraqlığa davamlılığı nəzərə alınmaqla, əkiləcək ağacların 749 min ədədi əsasən həmişəyaşıl meşə ağacları, 692 min ədədi dekorativ kollar, 170 min ədədi isə meyvə ağaclarıdır. pizza hut

Aksiyaya hazırlıq mərhələsində bütün şəhər və rayon icra hakimiyyətləri tərəfindən yaşıllıqların salınacağı ərazilər üzrə 540 ünvan müəyyən edilib, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!