Azərbaycanda 18 yaşlı oğlanı “tok“ vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 18 yaşlı oğlanı “tok“ vurub öldürdü

Hadisə

03 İyun 2022 11:58 1032


Şirvan şəhər prokurorluğu 18 yaşlı oğlanın faciəli ölümü ilə bağlı məlumat yayıb. 

Qurumdan "Yeni Sabah"a bildirilib ki, 21 may 2022-ci il tarixdə, saat 07 radələrində Şirvan şəhər sakini 2004-cü il təvəllüdlü Əli Ələkbərovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Araşdırmalarla müəyyən edilmişdir ki, Əli Ələkbərov yağışlı hava şəraitində yaşadığı Şirvan şəhəri, N.Tusi küçəsində hərəkətdə olarkən transformatora yaxın dəmir dayağın söykənəcəyindən tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölmüşdür. pizza hut

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!