Azərbaycanda 3 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 3 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Sosial

23 May 2024 16:46 1479


Bakının 25, 81 və 203 nömrəli tam orta məktəblərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və həmin təhsil müəssisələrinin direktorları vəzifələrindən azad edilib.

Bu barədə “Yeni Sabah”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, yoxlamalar zamanı 25 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərnəklərin fəaliyyəti düzgün təşkil edilmədiyi və məktəb sənədlərinin qaydalara uyğun tərtib olunmadığı müəyyən edilib. Eyni zamanda texniki işçinin əməkhaqqından digər işçilərə ödəniş verildiyi aşkarlanıb. pizza

81 nömrəli tam orta məktəbdə dərsə davamiyyətin zəif olması, dərnəklərin tədris edilmədiyi, zəruri dərs saatlarının bölünmədiyi, fərdi təhsilin düzgün aparılmadığı məlum olub. Məktəbdə eyni zamanda kiçik xidmətedici işçilərin öz vəzifələrini icra etmədikləri, təsərrüfat işləri üzrə direktor müavininin uzun müddət onun tabeliyində gözətçi işlədiyi aşkar edilib.

203 nömrəli tam orta məktəbdə aparılan yoxlamalara gəlincə, müəyyən edilib ki, dərsdənkənar məşğələlər düzgün təşkil edilməyib, məktəb sənədləri qaydasında deyil. Həmçinin təsərrüfat işləri üzrə direktor müavininin həyat yoldaşının onun tabeçiliyində ocaqçı vəzifəsində çalışdığı, texniki işçilərin gündəlik davamiyyətinin olmadığı və təhsil müəssisəsində repetitorluq fəaliyyətinin olduğu müəyyənləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!