Azərbaycanda daha bir vəzifəli şəxs qızına nişan mərasimi keçirdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir vəzifəli şəxs qızına nişan mərasimi keçirdi - Video

Sosial

25 Avqust 2020 16:06 1965


Azərbaycanda daha bir məmur pandemiya dönəmində övladına nişan mərasimi keçirib.

Yenisabah.az xəbər verir ki, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovanın nişan mərasimi olub.

Mərasim iyulun 9-da Ağdam rayonu Quzanlı qəsəbəsində baş tutub. Bildirilir ki, nişan mərasimində rayonun icra hakimiyyətinin yüksək vəzifəli şəxsləri iştirak edib. pizza sifarişi

Sadəcə, onlar üçün digər otaqda xüsusi masa açıldığından həmin görüntülərdə yoxdurlar. 

Mərasim 30-dan artıq şəxsin iştirakı ilə keçirilib.

Mehparə Əzizova Fəzəməli Nurlan Muradxan oğlu adlı şəxslə nişanlanıb.

Qeyd edək ki, Fəzəməli Nurlan adlı şəxs Ağdam Rayon İcra Hakimiyyətinin işçisidir. Ölkə.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!