Azərbaycanda dəhşətli qəza: Ölən var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dəhşətli qəza: Ölən var

Kriminal

24 Mart 2024 12:04 1226


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Sezar pizza

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, ötən gün Şəmkirdə baş verən zəncirvari qəzada ümumilikdə iki nəfər ölüb, üç nəfər yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!