Azərbaycanda əkiz hərbçilər əkiz bacılarla evləndi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda əkiz hərbçilər əkiz bacılarla evləndi 

Şou

25 İyul 2022 10:37 1739


Əməkdar artist Nigar Şabanova paylaşımı ilə diqqət çəkib. 

Xanəndə Qazaxda hərbçi qardaşların toyuna qatılıb. O bildirib ki, zabitlər Qabil və Qalib eyni gündə ailə qurub. Onlar əkiz bacılarla nikah masasına oturub. 

Nigar əlavə edib ki, hərbçilərin toyunda təmənnasız iştirak edib. "Qazaxda əkiz zabitlərin toyu. Allah bütün hərbçilərimizi qorusun. Hər birinizin toyunda təmənnasız iştirak etmək borcumuzdur. Sayənizdə başımız ucadır. Əkiz qardaşlar və bacılar Allah sizi əkiz övladla sevindirsin" deyə, Nigar paylaşımında qeyd edib.  Sezar pizza

Axşam.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!