Azərbaycanda kişi həmkəndlisini bir yumruqla öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda kişi həmkəndlisini bir yumruqla öldürdü

Kriminal

21 Fevral 2023 13:13 776


Fevralın 20-si saat 18 radələrində Samux rayonunun Çobanabdallı kəndi ərazisində 1989-cu il təvəllüdlü Oqtay Əliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Samux rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, araşdırma zamanı zərərçəkmişin üz nahiyəsinə 1993-cü il təvəllüdlü Ramil Bəşirovun yumruqla vurması nəticəsində yıxılması və hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.  Dördpendirli pizza

Ramil Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

İbtidai istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!