Azərbaycanda qadın müəllim məktəb direktorunu döydü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qadın müəllim məktəb direktorunu döydü

Kriminal

22 Fevral 2023 10:31 13724


Bərdə rayonunda məktəb direktorunu döyən ingilis dili müəllimi cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, 18 yanvar 2023-cü il tarixdə rayonun Nazırlı kənd 1 №-li tam orta məktəbinin direktoru Nəcəfov Yusif Şahlar oğlu məktəbin ingilis dili müəllimi Nuruyeva Aytən Mülkədar qızı tərəfindən döyülməsilə bağlı şikayət edib. İşə Bərdə Rayon Məhkəməsində baxılıb.

Aytən Nuriyeva məhkəmə ifadəsində özünü təqsirli bilməyərək deyib ki, direktor Yusif Nəcəfov ona məktəbdə qanunsuz işlər görmək üçün əlbir olmağı təklif edib. Müəllim bildirib ki, direktorun təklifilə razılaşmayıb, bu zaman aralarında mübahisə yaranıb, onun qolundan tutmağa çalışıb, sonra isə onu çölə itələyib. Bundan sonra anasına zəng edərək, məktəbə çağırıb və bu barədə polisə məlumat verib. Məktəb direktorunu döyməyib, ona xəsarət yetirməyib. Marqarita pizza

Yusif Nəcəfov isə ifadəsində bildirib ki, 2015-ci ildən Bərdə rayonu Nazırlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışır. Direktor qeyd edib ki, müəllimlərin diaqnostik qiymətləndirməsi ilə bağlı Aytən Nuruyevadan narazılığı olub, bu vaxt aralarında mübahisə yaranıb. Mübahisə zamanı müəllim, həyat yoldaşı və anası onunla dalaşıb. Aytən Nuriyeva onu döyərək, xəsarət yetirib. Direktor müəllimlə barışmadığını və məhkəmə tərəfindən cəzalandırılmasını xahiş edib.

Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşovun sədrliyi ilə keçirilən prosesdə Nuruyeva Aytən Mülkədar qızı İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinib və 300 manat cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!