Azərbaycanda qız nişanlısını evinə yola salıb özünü asdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qız nişanlısını evinə yola salıb özünü asdı

Hadisə

31 May 2022 11:50 1089


Kürdəmirdə 18 yaşlı qız intihar edib.

Yenisabah.az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, rayonun Xəlsə kəndində yaşayan 2004-cü il təvəllüdlü Aidə Məmişova özünü evin həyətindəki hində asaraq həyatına son qoyub.

İlkin araşdırmalar zamanı məlum olub ki, Xəlsə kənd 9 illik məktəbi bitirən A.Məmişova ötən il qonşu kənddən olan oğlanla nişanlanıb. Yaxın günlərdə onun toyu planlaşdırılıbmış. Sezar pizza

Belə ki, ötən gün oğlan evi Xəlsədə qızgilin evinə gələrək toyun tarixini və digər detalları müzakirə ediblər. Qonaqlar gedəndən sonra A.Məmişovanın həyətdə cehizlik yorğan-döşək üçün yun təmizləyən anası ona toyuqlara dən atmasını tapşırıb. Hinə gedən 18 yaşlı qız az sonra qışqırmağa başlayıb. Ailə üzvləri onun ilandan qorxduğunu düşünüblər. Az sonra ora daxil olan qızın qardaşı bacısının özünü asdığını görüb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!