Psixoloq ulduz falına inanlar haqda: “Uğura nail olmayanlardır“

saytların hazırlanması

Evə çatdırılma

Psixoloq ulduz falına inanlar haqda: “Uğura nail olmayanlardır“

Şou

28 Oktyabr 2022 14:35 1155


“Əvvəlki illərlə müqayisədə insanların bürclərə olan inamı tamamilə dəyişib”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib.

Qeyd edək ki, 1990-cı illərdə və 2000-nin başlanğıcında astrologiyaya kütləvi maraq vardı. TV-lərdə və mətbuatda proqnozlara geniş yer verilirdi. İnsanlar gündəlik həyatını çox vaxt qəzetlərin on səhifəsindəki ulduz falına əsasında qurur, hətta şəxsi münasibətlərdə də astroloji məsləhətlərə əsaslanırdı. Lakin hazırda belə bir kütləvi maraq sezilmir. Lakin G. Orucovanın sözlərinə görə, insanlar bürclərə inamı daha da artıb. Sezar pizza

“Onlar hətta astroloq yanına gedirlər. İnsanların bürclərə inam bəsləməsinin səbəbini onların həyatında mövcud olan boşluqla əlaqələndirirəm. Müasir zamanda insanlar vaxtının əksər hissəsini ya sosial şəbəkələrdə, yaxud da kinoya baxaraq keçirir. Həmçinin, kinodakı həyatla öz həyatını müqayisə edərək bir çox şeydən məhrum olduqlarını düşünürlər. Onlar gerçəkliyə əsaslanmırlar”.

Psixoloqun sözlərinə görə, insanlar daim heç nə etmədən hər şeyin ən gözəlini arzulayır:

“Həmçinin, ailələrin övladlarını tərbiyə etməsindən çox şey asılıdır. Əgər mən hazırda həyatımda hansısa bir uğura imza atmışamsa, bürclərə inam bəslədiyim üçün yox, atam və anamın məni özgüvənli yetişdirdiyi üçün buna nail olmuşam”.

G. Orucova bildirib ki, insanların bürclərə olan inamı onların çarəsizliyindən və özgüvənsizliyindən ortaya çıxır:

“Türklərin bir deyimi var: insanın başına nə gəlirsə, çox maraq göstərdiyindən gəlir. İnsan beyninə bürclərlə bağlı əhvalatları çox salır, nəticədə beynindəki siqnalla kainata mesaj ötürür. Kainat da cavab reaksiyası olaraq ona beynində qurduğu həmin hadisəni yaşadır”.

Psixoloq yekunda bir daha qeyd edib ki, bürclərə inanan insanlar vaxtını səmərəsiz keçirən, seriallara baxan, heç bir uğura nail olmayanlardır:

“Özüm şəxsən sosial şəbəkələrə girmək üçün güclə vaxt tapıram. Çünki işlərim çox olur və hədəfimi həyatımda mövcud olan daha vacib işlərə yönləndirirəm”.

Həcər ƏMİRASLANLI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!