Azərbaycanda pensiya yaşı 70 olur?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda pensiya yaşı 70 olur?

Sosial

27 İyul 2026 13:18 901


Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı iddialar yayılıb. Müzakirələr zamanı parlamentə yeni layihə daxil olması, qadınların pensiya yaşının 68, kişilərin isə 70 olacağı barədə fikirlər var.

“Yeni Sabah” xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Pravda.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

Deputat bildirib ki, Milli Məclisin deputatları hazırda məzuniyyətdədir, qanunverici orqanın üzvlərinin məzuniyyət dövrü sentyabrda başa çatır: Pepperoni pizza

“Sözügedən layihənin parlamentə daxil olması ilə bağlı məlumatım yoxdur. Ümumiyyətlə, inanmıram ki, belə bir layihə Milli Məclisə təqdim olunsun. Bilirsiniz ki, Azərbaycanda həm kişilər, həm də qadınlar üçün artıq 65 yaş təqaüd yaşı kimi təsdiq edilib. Bu yaşın dəyişdirilə, artırıla biləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar, gedən müzakirələr düzgün deyil. Görünən budur ki,  əlavə müzakirələr açmaq üçün kimlərinsə marağına xidmət edir. Heç bir halda həqiqətə uyğun deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!