Azərbaycanın bu ərazilərinə qar yağır - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu ərazilərinə qar yağır - FAKTİKİ HAVA

Sosial

28 Dekabr 2024 20:47 578


Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Şəki, Quba, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Sabirabad və Neftçalada arabir yağış, Şahdağ və Qaxda (Sarıbaş) isə qar yağır.

Yenisabah.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bildirib.

Məlumata əsasən, Binə, Pirallahı, Çilov adası, Şərur, Daşkəsən, Göygöl, Balakən, Qax, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Şahdağ və Göyçayda duman müşahidə olunub, görünüş 50-200 metrədək məhdudlaşıb. Sezar pizza

Qərb küləyi arabir Naftalanda 18 m/s, Lerikdə 17 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 9, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 5 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!