Azərbaycanlı İŞİD-çi məhkəməsinə hazırlıq gedir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı İŞİD-çi məhkəməsinə hazırlıq gedir

Kriminal

23 May 2023 09:56 1009


İŞİD terror təşkilatının Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etməkdə təqsirləndirilən Şahin Salayevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Fərid Namazovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Dominos pizza

Qeyd edək ki, Ş.Salayev bu il Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olan Ş.Salayevin 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan olunduğu məlum olub.

Onun barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma, qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!