Bakıda bu evlərin kirayəsi 1000 manat bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu evlərin kirayəsi 1000 manat bahalaşdı

Sosial

22 İyun 2024 11:49 1599


Yay fəslinin başlaması hər dəfə olduğu kimi, bu il də bağ evlərinə tələbatı artırıb. İstirahətini ölkə ərazisində keçirmək istəyənlər belə evləri seçirlər. Pandemiya dövründən sonra daha çox insanın marağını cəlb edən bağ evlərinin qiyməti isə tələblə əlaqədar ilbəil bahalaşır. 

Yenisabah.az xəbər verir ki, bir aylıq bağ evi kirayələmək nə az, nə çox 1000 manatdan başlayır. Bu haqda əmlak eksperti Elnur Fərzəliyev açıqlama verib:

“Hər il ənənəvi olaraq may ayının sonundan torpaq sahələri, fərdi həyət və bağ evlərinə tələbat artır. Tələbin çoxalması qiymət artımına da səbəb olur. Bu sahədə bahalaşma avqust ayının sonuna qədər müşahidə olunur. Bakıətrafı ərazilərdə yerləşən bağ evlərində gündəlik kirayə qiymətləri 50 manatdan başlayır. Qiymət fərqlərinə səbəb bağ evlərinin sahəsi, şəraiti, hovuzlu və dənizə ən yaxın ərazidə yerləşməsidir”.  pizza mizza

Ekspert qeyd edib ki, bağ evlərinin çoxu artıq kirayəyə verilib və ən çox tələbat isə hovuzlu villalaradır. E.Fərzəliyev əlavə edib ki, təkcə paytaxtda yox, bölgələrdə yerləşən bağ evlərində də qiymət artımı nəzərə çarpır. Buna səbəb həmin ərazilərə səyahət edən turistlərin sayının çox olmasıdır:

“Ötən illərə qədər bağ evlərinin alışı daha çox Bakıətrafı ərazilərdə baş verirdi. Lakin son 4 ildə belə evlərə və torpaq sahələrinə olan tələb regionlara, turistik zonalara da yansıyıb. 2020-ci ilədək mövsümi aylarda vətəndaşlar istirahət üçün daha çox xarici ölkələrə üz tuturdular. Ancaq karantin və pandemiya müddətində sərhədlərin qapalı olması bölgələrimizə turist axınına səbəb oldu. Sadalananlar yerli turizmin inkişafına gətirib çıxartdı və hazırda bu sahədə artım müşahidə olunur. Regionlardakı bağ evlərinin aylıq kirayə qiyməti şərait və yerləşdiyi ərazidən asılı olaraq, aylıq 800-5000 manat arası dəyişir”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!