Bakıda cəmi 4 nəfər Şaxta baba olmaq istəyib…

saytların hazırlanması

Evə çatdırılma

Bakıda cəmi 4 nəfər Şaxta baba olmaq istəyib…

Sosial

31 Dekabr 2024 21:46 695


Sabah Yeni ilə qədəm qoyuruq, amma maraqlı burasındadır ki, gözümüzə Şaxta baba və Qar qızı sataşmır. Bayramqabağı Şaxta baba olmaq üçün neçə müraciət daxil olub? Həmçinin lisenziyanın qiymətində dəyişiklik varmı?

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Oxu.az-a açıqlamada rüsumun qiymətinin dəyişmədiyi bildirilib:

“Qiymət 60 manatdır”. pizza sifarişi

Bakı Şəhər Ticarət və Xidmət Departamentindən isə qeyd edilib ki, Bakı şəhəri üzrə Şaxta baba olmaq üçün 4 müraciət daxil olub:

“Sözügedən müraciətlərin hər biri müsbət cavablandırılıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!