Bakıda dolmanın içindən narkotik çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dolmanın içindən narkotik çıxdı

Kriminal

12 Fevral 2024 21:29 589


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən bildirilib.

Məlumata görə, Vasif Vaqif oğlu Hüseynzadənin tanışı Vüsal Nurəddin oğlu İsayev tərəfindən gətirilmiş sovqatdakı dörd ədəd dolmanın içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 4,650 qram qurudulmuş marixuana aşkar olunub. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!