Bakıda məşhur super marketlər sahibinin evinə silahlı basqın - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur super marketlər sahibinin evinə silahlı basqın - VİDEO

Kriminal

22 Fevral 2023 17:11 1385


Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərdən birinə silahlı basqın olub.

Yenisabah.az BAKU.TV-yə istinadla xəbər verir ki, bu ev "Ballı market”lər şəbəkəsinin sahibinə məxsusdur.

Evə girən şəxs əlindəki tüfəngin qundağı ilə evdə olan V.Vahidovun başına xəsarət yetirərək ondan pul tələb edib. Dominos pizza

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Tahir Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.

Suraxanı Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!