İyulun 25-də saat 23 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində Mingəçevir şəhər sakini İ.Zeynalov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub.
Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən həmin şəxs iyulun 26-da orada ölüb.
Analoji hadisə iyulun 26-da saat 16 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində də qeydə alınıb. pizza hut
Belə ki, sakini S.Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Rəşad Süleymanlını vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hər iki faktla bağlı müvafiq araşdırma aparılır.
Telegram kanalımız