Bakıda Rusiya səfirliyi qarşısında aksiya

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Rusiya səfirliyi qarşısında aksiya

Hadisə

23 May 2022 12:41 1077


Azərbaycan sakini, Ukrayna vətəndaşı Yelena Əziz bu gün RF səfirliyi qarşısında təkbaşına etiraz aksiyası keçirib.

Ukrayna bayrağına bürünən qadın üzərində qan ləkələri və Rusiyanın Ukraynaya hücumunun qurbanlarının fotoşəkilləri fonunda "Sizin olduğunuz yerdə qan var" şüarı yazılan plakat qaldırıb.

Qadın "Rusiya təcavüzkardır!", "Rusiya işğalçı ölkədir!", "Putin işğalçıdır!" və s. şüarlar səsləndirib. Dominos pizza

Polis əməkdaşları qadının əlindən plakatı alıblar və onu səfirlik binasından uzaqlaşdırıblar.

Qadın jurnalistlərin kameraları qarşısında çıxış etməyə davam edib: "Mən bir Ukrayna vətəndaşı olaraq Rusiya təcavüzünə qarşıyam. 1980-ci il Qanlı Yanvar hadisələri, Xocalı faciəsi və Ukraynaya qarşı təcavüz - bunlar hamısı Rusiyanın əməlidir. "Yaşasın Ukrayna, Yaşasın qəhrəmanlar, Düşmənlərə ölüm!".

Bundan sonra polis əməkdaşları onu saxlayıblar və Nəsimi RPİ-nin 20 saylı polis şöbəsinə aparıblar.

Turan.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!