Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Nizami və Nərimanov rayonlarında sözügedən cinayətləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alim Mahmudovdur.
Saxlanılan şəxsin paytaxtda yerləşən mağazalardan birində quraşdırılan ödəmə terminalındakı pul vəsaitini, eləcə də bir ədəd velosiped oğurladığı da müəyyən olunub. pizza mizza
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız