Bakıdan qayıdan Durov hava limanında saxlanıldı - ŞOK İTTİHAMLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan qayıdan Durov hava limanında saxlanıldı - ŞOK İTTİHAMLAR

Dünya

25 Avqust 2024 11:34 1551


Teleqramın rəhbəri Pavel Durov Azərbaycandan qayıdarkən “Le Burje” hava limanında Fransa xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, məlumatı “TF-1” televiziyası yayıb.

Bildirilir ki, onun saxlanılmasına səbəb Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan imtina etməsi olub. pizza hut

Televiziya iddia edir ki, Durov terrorizm, narkotrafik, pedofiliyaya aid kontentin yayılması, çirkli pulların yuyulmasında ittiham ediləcək. İttihamlar təsdiqlənərsə, onu 20 il həbs cəzası gözləyir.

Durovu Azərbaycandan qayıdarkən mühafizəçiləri və bir qadının müşayiət etdiyi bildirilib.

“RussianNews”da dərc edilən məqalədə iddia olunur ki, Durovun həbsi onun Bakı səfəri və Putinlə mümkün görüşü ilə bağlıdır. Məqalədə bildirilir ki, bu, Qərb üçün bardağı daşıran son damla olub.

Amma Durovun Bakıda Putinlə görüş cəhdinin baş tutmaması haqda iki gün öncə mediada məlumat yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!