Xaçmaz rayonun Su Kəməri qəsəbəsinin sakinləri susuzluqdan əziyyət çəkir.
Yenisabah.az xəbər verir ki, Bakını “Şollar suyu” ilə təmin edən qəsəbədə su yoxdur.
Qəsəbə sakini Gülmət Davudov deyir ki, burada yaşayn insanların çoxu su təsərrüfatı sahəsində çalışıblar. Amma indi su üzünə həsrətdilər. Dominos pizza
“Nə bələdiyyə, nə icra nümayəndəsi məsələyə baxmır. Uzun müddət Bakıya çəkilən su kəmərindən sızan sudan istifadə etmişik. Gündə 20 dəqiqə suyumuz olub. İndi ümumiyyətlə su yoxdur. Ancaq seçkidən seçkiyə yada düşürük”, - deyə o bildirib.
Onun sözlərinə görə, dəfələrlə aidiyyatı qurumlara müraciət etəsələr də, nəticəsi olmayıb. Sakinlər bilir ki, hər dəfə müraciət edəndə deyirlər şikayət yazmayın düzələcək. “Lakin düzəlmir. Bizə yalandan vəd verirlər”, - deyə sakinlər qeyd edib.
Onlar məsələ ilə bağlı ölkə başçısına müraciət edəcəklərini bildiriblər.
Telegram kanalımız